7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı "99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.
Sozcu.info məlumatına görə, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.
Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.
Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.
Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.