14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
Almaniya hökuməti kansler Angela Merkelin Buenos-Ayresə uçduğu təyyarədə yaranan texniki nasazlıqda kriminal izin olduğundan şübhələnir.
İnterfax informasiya agentliyi xəbər verir ki, bunu hakimiyyət strukturunda olan mənbə bildirib.
Bir qədər əvvəl "Airbus A340-300” hökumət təyyarəsinin texniki nasazlığa görə Kölnə məcburi eniş etdiyi və bu səbəbdən Angela Merkelin G20 sammitinin açılışına gecikəcəyi barədə məlumat yayılmışdı. Nəticədə Almaniya kansleri Buenos-Ayresə uçuşunu noyabrın 30-da səhər saatlarında İspaniyanın paytaxtından yerli aviakompaniyanın təyyarəsi ilə adi sərnişin kimi davam etdirib.
"Angela Merkel Argentinaya axşam saatlarında çatacaq, bu o deməkdir ki, kansler gün ərzində planlaşdırılan tədbirlərdə və görüşlərdə iştirak edə bilməyəcək”, – deyə Almaniya Nazirlər Kabinetindən bildiriblər.
"Die Rheinische Post” nəşrinin məlumatına əsasən, Merkel Köln şəhərində insidenti Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenlə müzakirə edib.