Bakıda balıqsatan McDonalds-ın üstünə çıxıb, özünü atmaq istədi - VİDEO+YENİLƏNİB

Bakıda balıqsatan McDonalds-ın üstünə çıxıb, özünü atmaq istədi - VİDEO+YENİLƏNİB

 

Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.

Hadisə Nizami rayonu, Neftçilər metrosu çıxışında baş verib. Belə ki, bu dəqiqələrdə hələlik şəxsiyyəti bilinməyən gənc oğlan McDonalds-ın üstünə çıxaraq özünü atmaq istəyir.

Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.

***

Müsavat yazır ki, tanıyanların Mosu deyə xitab etdiyi şəxs qeyd olunan ərazidə balıq ticarəti ilə məşğul olur və içkili olması şübhəsi var. Onun hansısa tələbləri haqda məlumat yoxdur.

Mosu davamlı və rabitəsiz söyüş söyür. Polis onu binanın damından endirmək üçün dilə tutur. Lakin Mosu ləqəbli şəxs bildirir ki, onun balıq satışına mane olan "polka" götürülməsə, binadan aşağı enməyəcək.

Mosu "Vosmoy" bazarında işləyir. O, bir dəfə də intihar etmək üçün "Lotos" ticarət mərkəzinin üstünə çıxıbmış.

Danışıqlardan sonra Mosunu damdan endirmək mümkün olub. Onu, polis maşınına mindirərək, polis bölməsinə aparıblar. \\BakuPost


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}