Bakıda daha bir süpürgəçi öldü - Faciəyə görə Kəbirə Məmmədova məhkəməyə veriləcək

Bakıda daha bir süpürgəçi öldü - Faciəyə görə Kəbirə Məmmədova məhkəməyə veriləcək

 

Yanvarın 11-də saat 4 radələrində Binə Ticarət Mərkəzində faciəvi hadisə baş verib.

Sozcu.info  BakuPost-a istinadən xəbər verir ki, ticarət mərkəzində süpürgəçi işləyən 1978-ci il təvəllüdlü Qaradağ rayon sakini Hacıyeva Səfaqət Güləhməd qızı faciəvi şəkildə ölüb.

İki uşaq anasının hansı səbəbdən öldüyü dəqiq bilinmir. Binə Ticarət Mərkəzində çalışanların bir qismi mərhumun yaxınlarına onun uçan bir mağazanın altında qaldığını bildiriblər. Bəzi satıcılar isə Ş. Hacıyevanın avtomobil vurması nəticəsində dünyasını dəyişdiyini söyləyiblər. Ancaq ötən müddət ərzində Binə Ticarət Mərkəzinin rəhbərliyi iş başında həyatını itirən Ş. Hacıyevanın nə ailəsinə baş çəkib, nə də yaxınlarına onun hansı səbəbdən öldüyünü bildirməyiblər.

Mərhumun yaxınları Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovada aidiyyəti qurumlara şikayət edəcəyini bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti