7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Göygöl rayonunda kişi meyiti tapılıb.
Sozcu.info xəbər verir ki, meyit rayonun Nadil kəndi ərazisində aşkarlanıb.
Bədəninin müxtəlif hisaələri vəhşi heyvanlar tərəfindən yeyilmiş-didilmiş hala salınan meyit tibbi-ekspertizaya aparılıb. Aparılan araşdırma zamanı onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu məlum olub.
Yaxınlarının bildirdiyinə görə, Z.Zeynalov 1 həftə öncə itkin düşüb.
Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət olub-olmadığı hələ məlum deyil.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır./report/