8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Analiz nəticələrinin qənaətbəxş olmasına sevinən cütlük nikaha girib. Ancaq onların övladları talessemiya daşıyıcısı kimi dünyaya gəlib.
Rayonun Uzuntəpə kəndində yaşayan Rüstəm və Səkinə Əzimovalar 2015-ci ildə rəsmi nikaha girmək üçün qan analizi veriblər. Bir müddət sonra Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutundan onlara gələn rəsmi cavabda göstərilib ki, tərəflərin qanlarında nikaha əngəl ola biləcək hər hansı bir xəstəlik qeydə alınmayıb. Ailə quran cütlüyün bir müddət sonra övladları dünyaya gəlib. Körpənin 3 ayında səhhətində müəyyən dəyişkənlik olduğu üçün həkimə müraciət ediblər.
Talassemiya irsən keçən qan xəstəliyi olduğundan bütün diqqətlər valideynlərin üzərində cəmləşib. Onların nikahdan əvvəlki analizlərinin nəticəsi sağlam olduqlarını təsdiqləsə də, ikinci dəfə Respublika Talassemiya Mərkəzində analiz verməli olublar. Analizin nəticələri valideynləri dəhşətə salıb. Məlum olub ki, ata və ana talasemiya xəstəliyinin daşıyıcısıdırlar.
Valideyinər talassemiya xəstəsi olduqları üçün əlavə uşaq da istəmirlər. Yaş yarımlıq yeganə övladlarını isə hər həftə qan köcürtdürməklə həyatda tuta bilirlər.
Respublika Talassemiya Mərkəzindən aldığımız məlumata görə, uşaq Pənah Əzimov daşıyıcı kimi mərkəzdə qeydiyyatdadır. Ana Səkinə Əzimova da 2016-cı ilin iyulunda müayinədən keçib və daşıyıcı olması dəqiqləşib.
Məsələ ilə bağlı ilkin analizin verildiyi Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutundan bildirilib ki, nəticələrin səhv olması mümkün deyil. Çünki analizlər ən müasir cihazlar vasitəsilə yoxlanılır. Talassemiya xəstəliyi də irsən keçdiyindən sonradan əmələ gəlmə ehtimalı yoxdur. Belə olan halda nəticələrin hansı səbəbdən fərqli olması sual altında qalır. İnstitutdan bildirilib ki, məsələ araşdırılacaq.