Məşhur model: “Evlənməyə azərbaycanlı xanım axtarıram”

Məşhur model: “Evlənməyə azərbaycanlı xanım axtarıram”Model Rüstəm Cəbrayılov yenidən ailə qurmaq istəyir.

Axşam.az-ın məlumatına görə, əcnəbi həyat yoldaşından boşanan model bu dəfə azərbaycanlı xanımla evlənəcəyini bildirib:

“Əcnəbi xanımla evlənməyimə peşman olmamışam. Mənim uzun illər yaşadığım yer dünyanın çox ölkəsindən yüz il qabaqdadır. Dünyanın mərkəzi, paytaxtıdır. Çox uzaq yerdir. Məndən olsa, Bakıya qayıtmazdım, orada yaşayardım. Evin tək oğluyam, valideynlərimin yanında olmalıyam. Mənim xanımım ailə üzvlərimdən kiməsə qarşı gəlsə, onu silərəm. Hər şeyi vaxta buraxmışam. Yenə ailə həyatı quracağam. Hətta gələn il evlənəcəyəm. Bu dəfə yəqin ki, azərbaycanlı xanımla ailə quracağam. Mənim yaşım az deyil. Bunu nəzərə almaq lazımdır. Dünyanın o yeri yoxdur orda olmayım. 3 universitet bitirmişəm. Çox adətləri bilirəm. Məsləhətlərə qulaq asıram, amma öz bildiyimi edirəm. Övladım yoxdur, indiyə kimi olmamağını özüm istəmişəm. Ailə həyatı qurduqdan sonra Azərbaycanda da toy etmək istəyirdim. Adət-ənənəyə bağlıyam. Bundan sonra övladımın olmasına razılaşardım".


Oxşar Xəbərlər

Xəbər lenti