8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Azərbaycan büdcəsində ucuz neft və qeyri-müəyyən valyuta proqnozlaşdırılır. Büdcə qəbul edilənə qədər manatın da növbəti il üçün proqnozlaşdırılması ilə bağlı qərar verilməlidir".
Bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.
O bildirib ki, 2013-cü ildən büdcənin neftdən asılılığını azaltmaq siyasəti həyata keçirilsə də, növbəti ildən büdcənin neftdən asılılığının artdığı müşahidə edilib:
"Mərkəzi Bankın uçot dərəcəsi 15 faiz saxlanılsa, kreditlər o qədər yüksək faizlə olacaq kı, sahibkarlar üçün problemlər yaranacaq. Faiz dərəcəsi yüksəkdirsə, bu faizin bir hissəsinin ödənilməsi üçün əlavə fond yaradıla bilər. Manat asılılığını aradan qaldırmaq üçün müsbət yanaşma olardı. 2018-ci ildə dövlət büdcəsinin sosial yönümünün davam etdiriləcəyi göstərilir. Büdcə xərcləri sturukturuna baxanda sosial xərclərə ayrılan vəsaitin 148 milyon manat, 2.2 faiz artığını görürük. Bu isə əsaslı xərclərdən çox aşağıdır. Bununla yanaşı, problemli kreditlərini həll etmədən maliyyə sağlamlığına nail olmaq mümkün deyil”.
Millət vəkili elmi işçilərinin maaşının da çox aşağı olduğunu deyib:
"Elmi işçilərin maaşı 200 manat civarındadır. Gənclər ailə saxlaya bilmədiklərinə görə elmdən uzaqlaşır. Onlar ailələrini repititorluqla saxlayacaqsa, elmi kim saxlayacaq. Təhsildə diaqnostika və digər vasitələrlə maaşlar artırıldığı kimi elmi işçilərin də maaşı bu kimi üsulla artırılmalıdır”.
Publika.az