8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanda cari ilin yarısında inşasına başlanacaq neft emalı zavodu (NEZ) il ərzində 4 mln. ton xammal emal etmə gücünə malik ola.caq
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə zavodu inşa edəcək "Phasis Oil” şirkətinin hesabatında deyilir.
Sənəddə qeyd olunub ki, investisiya dəyəri 1 mlrd. lariyə (409 mln. dollar) yaxın olan NEZ-də 350 işçi çalışacaq. Zavodun tikintisinə isə 600-700 nəfər cəlb olunacaq.
Hesabata əsasən, NEZ-in inşasının bir neçə istiqamətlər üzrə mühüm iqtisadi faydaları var: "Zavod Gürcüstana neft məhsullarının idxalını azaltmağa, ixracını isə artırmağa və yeni iş yerlərinin yaradılmasına imkan verəcək”.
Qeyd edək ki, Gürcüstanın Kulevi kəndində NEZ-in tikintisi ilə bağlı imzalanmış sənədə əsasən, tikinti işləri 31 dekabr 2019-cu il tarixinə qədər başa çatdırılmalıdır. Zavodda "Avro-5” standartlarına cavab verəcək neft məhsullarının istehsalı nəzərdə tutulub. İnvestor olan "Phasis Oil” şirkətinin sahibi İsveçrədə qeydiyyata alınmış "Streamtrade SA” şirkətidir. "Phasis Oil” "SOCAR Georgia Investments” şirkətinin hüquqi varisidir.
Kulevidə SOCAR-a məxsus neft terminalı fəaliyyət göstərir. 2008-ci ilin mayında istifadəyə verilmiş terminalın illik gücü 10 mln. ton təşkil edir.