29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
İsrail və ABŞ gecə saatlarında böyük fəaliyyət radiusuna malik və ballistik raketləri kosmosda ələ keçirməyə qadir "Ox-3” raket əleyhinə kompleksləri uğurla sınaqdan keçirib.
Bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün 02:30 radələrində İsrail Müdafiə Nazirliyi ABŞ Müdafiə Nazirliyi ilə birgə atmosfer üzərində ballistik raketlərin ələ keçirilməsini nəzərdə tutan "Ox-3” raket əleyhinə kompleksini uğurla sınaqdan keçirib”, - deyə Nazirlik öz "Twitter” səhifəsində yazıb.
Sınaqlar İsrailin mərkəzi hissəsində "Israel Aerospace Industries” konserni və İsrail Hərbi Hava Qüvvələrinin nəzarəti altında keçirilib.