8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tanınmış fizik alim Miçio Kaku yadplanetlilər haqda gözlənilməz açıqlama verib. O bildirib ki, 2100-cü ildə insanlar başqa planetlərdən gələnlərlə əlaqə yaradacaqlar.
Sozcu.info Life.ru-ya istinadla verdiyi xəbərə görə, fizik bunun Yer üzü insanlarına heç də asan başa gəlməyəcəyini qeyd edib. O deyib ki, yadplanetlilərlə "danışıq” böyük çətinliklə gerçəkləşəcək. Uzaq məsafə, Günəş sistemi və başqa dünyalar onların operativ informasiya mübadiləsini əngəlləyəcək.
Kakunun dediklərinə görə, yadplanetlilərin insanlara ünsiyyətinin aqressiv, yaxud sülh yönlü olacağı hələlik bəlli deyil.
Əgər onlar təxmin etdiyimiz kimi, uduzlararası uçuşlara qadir, texnoloji cəhətdən sivildirlərsə onlardan yaxşı bir şeylər gözləmək absurddur. Onların bu səviyyədə inkişafı insanlığı potensial həmsöhbətə deyil, heyvana çevirəcək.
Tanınmış alimlərin əksəriyyəti yerdənkənar sivilizasiya axtarışlarının dayandırılmasının tərəfdarıdır. "SETİ Set Şostak” layihəsinin baş astronomu və tanınmış alim Stiven Hokinq də bu əlaqənin inlanlar üçün dəhşətli sonuclana biləcəyi qənaətindədir.