7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
Trend-in bildirir ki, bu barədə Avropa Şurasının məlumatında deyilir.
T.Yaqland baş verən hadisə ilə əlaqədar dərindən kədərləndiyini bildirib: "Mən öz adımdan və Avropa Şurasının adından həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı bildirirəm. Avropa Şurası bu faciəvi anda Azərbaycan xalqının yanındadır".