27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumata əsasən, Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə "Skripal işi"nə görə rusiyalı diplomatları deportasiya edən ölkələrə qarşı cavab tədbirləri kontekstində xarici siyasət məsələlərini müzakirə edib.
Qeyd edək ki, bu gün Rusiya XİN "Skripal işi” üzrə rusiyalı diplomatları çıxaran ölkələrin səfirlərinə etiraz notası təqdim edib. Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.
Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Ancaq məsələ bununla bitməyib. Belə ki, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib. Daha sonra NATO üzvü olan 25-dən çox ölkə "Skripal işi” ilə bağlı rusiyalı diplomatları deportasiya edib. (RİA-Novosti)