“Tərif olanda deputatlar sıraya düzülürlər, amma…” - DEPUTAT

“Tərif olanda deputatlar sıraya düzülürlər, amma…” - DEPUTAT

 

"Xaricdə yaşayan bəzi azərbaycanlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar. Fransada Azərbaycanın səfirliyi qarşısında aksiya keçirirlər. Bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər. Almaniyada da bu cür əməllər törədirlər”.

Sözçü info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, belə azərbaycanlılar "sapı özümüzdən olan balta”lardır: "Vətənə, xalqa müxalif olmaq olmaz. Azərbaycan ordusuna qarşısı müxalif olmaq olmaz. Bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır. Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidir. Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi gündəmə gələndə hərə bir tərəfə çəkilir. Mövqeyinizi ortaya qoyun”.

S.Novruzov vurğulayıb ki, xaricdə Azərbaycana qarşı iş aparan bəzi insanlar ölkədə olanda heç bir siyasi partiyada təmsil olunmayıblar, heç bir mətbu orqanda çalışmayıblar: "Bunlar necə olur ki, mühacir statusu alırlar”./report/



Oxşar Xəbərlər

Xəbər lenti