İRAQ İŞĞALININ MEMARI İŞ BAŞINDA! - BU SƏFƏR HƏDƏF...

İRAQ İŞĞALININ MEMARI İŞ BAŞINDA! - BU SƏFƏR HƏDƏF...

 


Sozcu.info xəbər verir ki, ABŞ prezienti Donald Trampın Suriya ilə bağlı qərar verməsində milli təhlükəsizlik müşaviri Con Boltonun da təsiri olduğı iddia edilir.

 

ABŞ prezidenti Donald Tramp 2 həftə bundan əvvəl vəzifəsindən çıxardığı H.R.Makmasterin yerinə milli təhlükəsizlik müşaviri olaraq Şimali Koreyaya hərbi müdaxilə fikrini dəstəkləmiş sərtlik tərəfdarı Con Boltonu təyin eləmişdi.

Trampı "şahin” Bolton razı salıb

Suriyada kimyəvi silahdan istifadə iddialarından sonra, Trampın bu ölkəyə hərbi müdaxilə variantını da irəli sürdüyü açıqlamanı verməsində, Boltonun da payı olduğu deyilir.

"Ən ağır səhv”

2001-ci ildə Nobel Sülh mükafatına layiq görülmüş keçmiş ABŞ prezidenti Cimmi Karter Trampın Boltonu milli təhlükəsizlik müşaviri seçməklə prezident kimi ən böyük səhvlərindən birini etmiş olduğunu demişdi.

Buş hökuməti dövründə ABŞ XİN-in rəhbəri, ardından BMT nümayəndəsi olan Bolton özünü hücum siyasətini müdafiə edən və dilomatik məsələlərin həllini müharibədə axtaran şəxs kimi tanıdıb.

"Bolton İraq işğalının memarlarındandır”

Demokratlar partiyasının 93 yaşlı siyasətçisi, bu təyinatı "ölkə üçün fəlakət” adlandıraraq deyib: "Trampın vəzifəyə gələndən bəri buraxdığı ən ağır səhvlərdən biri, uzun illər boyunca Şimali Koreya ilə müharibəni, hətta İrana hücum ideyasını müdafiə edən və İraqın işğal edilməsi qərarının memarlarından biri olan Boltona vəzifə verməsidir”.



Oxşar Xəbərlər

Xəbər lenti