Alimlər bəşəriyyətin xərçəngə və qocalığa qalib gələ biləcəkləri VAXTI AÇIQLADILAR

Alimlər bəşəriyyətin xərçəngə və qocalığa qalib gələ biləcəkləri VAXTI AÇIQLADILAR

 

Sozcu.info  xəbər verir ki, "Genome Project” əməkdaşları olan genetiklər on ildən sonra viruslara, xərçəng xəstəliyinə, qocalığa, donmaya qarşı dayanıqlı olan hüceyrələrin yaradılmasını mümkün hesab ediblər.

Onlar öz iddialarını bağırsaq çöpü bakteriyası hüceyrəsi üzərində təcrübə ilə möhkəmləndiriblər. Mütəxəssislərin sözlərinə görə, bakteriyanın genomu üzərində 321 ədəd dəyişiklik aparılıb, bundan sonra hüceyrə viruslara qarşı dayanıqlı olub. Lakin genetiklər qeyd edirlər ki, bitki və yaxud da məməli heyvanın genini yenidən proqramlaşdırmaq üçün daha çox səy tələb olunur. Harvard tibb məktəbinin professoru Corc Çerç "Stat” portalına müsahibəsində deyib: "İnsan genindəki hər bir zülalın yenidən proqramlaşdırılması 400 min dəyişiklik tələb edəcək”.

O, əlavə edib ki, iyirimi min insan geni içərisindən artıq kodonları (genetik kod vahidləri – red.) məhv eləmək lazımdır. Bununla yanaşı, alimlərartıq on il sonra istənilən nəticələrə nail olmağın mümkünlüyünə əmin olduqlarını bildiriblər. Bundan başqa, genetiklərin sözlərinə görə, insan genlərini radiasiyaya, qocalığa və soyuğa qarşı dözümlü şəkildə proqramlaşdırmaq olar. Həmçinin, xərçəng əmələ gəlməsi risklərinin xeyli azalması da mümkündür.




Oxşar Xəbərlər

Xəbər lenti