Deputat oğluna pul “atan”ın məhkəməsindən - “Pulu Həbibə vermişəm”

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundova və digər şəxslərə pul "atmaqda” təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi başlayıb.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Fərman Məmmədovun vəkili çıxış edərək cinayət işi ilə tanış olmadığını bildirib və məhkəmədən vaxt istəyib.

 

F.Məmmədov isə istintaq dövründə təqsirləndirilən Elnur İbrahimovdan heç vaxt şikayətçi olmadığını deyib: "Mənim şikayətim Həbib Axunova qarşı olub. Bu iş üzrə Həbib Axundovu təqsirləndirməlidir”.

Proses mayın 31-də davam etdiriləcək.

İttihama görə, E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digər şəxslərdən biznes qurmaq adı ilə təxminən 1 milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib.

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınıb. E.İbrahimov H.Axundovun 100 min manat pulunu ələ keçirməkdə ittiham edilir. Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. İstintaq zamanı E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildiriblər.

"Qafqazinfo”



Oxşar Xəbərlər

Xəbər lenti