Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bakı Şəhəri Sabunçu rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəb 3 korpusdan ibarətdir. Əsas bina 1939 -cu ildə tikilib, 282 yerlikdir. 2002-ci ildə Amerika Səfirliyi tərəfindən 160 yerlik və 2006- cı ildə Təhsil Nazirliyi tərəfindən 240 yerlik əlavə korpuslar tikilmişdir. Hal -hazırda məktəbdə 1481 şagird təhsil alır. Şagirdlərin təlim -tərbiyəsi ilə 105 nəfər pedaqoji kadr məşğul olur. Məktəbdə Rixard Zorgenin muzeyi fəaliyyət göstərir. Mütəmadi olaraq muzeyə Yaponiya və Rusiya kimi böyük dövlətlərdən qonaqlar gəlir. 2015-2016-cı dərs ilində məktəbimizi bitirən 73 məzunun 41 nəfəri ali məktəblərə sənəd vermişdir. Onlardan 26 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Onlardan 2 nəfər-500-dən yuxarı bal toplamışdır. (gördüyünüz kimi məlumatlarda hətta rus bölməsi ilə bağlı heç bir qeyd yoxdur. Bu məlumatlar məktəbin rəsmi portalında qeydlərdir. https://bakimektebleri.edu.az/90/az/about_us/) Bu məktəbə 2017-ci il 14 sentyabr tarixindən Sabunçu rayonu 90 № li tam orta məktəbə direktor təyin edilən Quliyev Yasin Yaqub oğlu yuxarıda qeyd edilən uğurlara öz fəaliyyəti ilə kölgə saldığı verilən məlumatlardan aydın olmaqdadır. Qeyd edək ki, "Bakıda 5-ci sinif şagirdi məktəbin direktoru və orada çalışan müəllimə tərəfindən döyülüb. Uşağın valideynləri belə iddia edirlər. Hadisə Sabunçu rayonunda yerləşən 90 nömrəli məktəbdə baş verib. Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıb. Belində və qolunda göyərmiş izlər var. 5-ci sinif şagirdini müəlliməsi və məktəbin direktoru tərəfindən döyüldüyü iddia edilir. Hadisə Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə baş verib. Belə ki,həmin məktəbin 5-ci sinif şagirdi Cavid Mehdiyev evə getdikdə onun valideynləri uşağın qolunda və belində göyərmiş izlərin olduğunu görüblər. Bunun səbəbini soruşduqda isə, o məktəbin direktoru Yasin Quliyev və Elmira adlı müəlliməsi tərəfindən döyüldüyünü bildirib. Cavidin sözlərinə görə,məktəbin həyətində sinif yoldaşı ilə mübahisə edib. Bundan sonra, başqa bir sinif yoldaşı mübahisəni görərək Caviddən Elmira müəlliməyə şikayyət edib.
Sonra Elmira müəllimə Cavidi döyərək direktor Yasin Quliyevin yanına aparıb. Məsələ ilə əlaqədar hadisədə adı çəkilən direktor və müəllimənin mövqeyini öyrənmək üçün məktəbə getdik. amma nəzarətçi direktorun içəri daxil olmağa icazə vermədiyini bildirib,qapını üzümüzə bağladı.Hadisə yerinə Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşlarıda gəldilər.Faktla bağlı həm polis idarəsində, həm də Bakı şəhər təhsil idarəsində araşdırma aparılır. Məhz bu araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”–deyə bildirilmişdi. Lakin, hansı tədbirin görülməsi ilə bağlı mediaya açıqlama verilmədi. Əksinə məktəbin direktor Yasin Quliyev barəsində, həmin məktəbin müəllimlərinin rəsmi müraciətləri əsasında aparılmış yoxlama zamanı əsassız maliyyə vəsaitin yığılması kimi nöksanlar aşkarlanması və hazırda AR Baş Prokurorluqda faktla bağlı araşdırma aparıldığı qeyd edilir. Məsələ bununla yekunlaşmır, deyilənlərə görə məktəbin direktoru Yasin Quliyevin məktəbdə rus sektoruna qarşı münasibəti heçdə ürək açan deyilmiş. Belə ki, milli və irqi ayrı-seçkilik münasibəti 2018-ci ilin 14 iyun tarixində ümumiyyətlə rus bölməsinin 11-ci sinifin 10 nəfərdən ibarət şagirdləri etiraz əlaməti olaraq son zəngə gəlməkdən imtina etiblər. Direktorun məhz bu addımı daha böyük fəsadlara yol aça bilər, çünki söhbət artıq burada dövlətimizin gələcəyi olan savadlı şagirdlərdən gedir, məhz onlar gələcəkdə dövlətimizi müxtəlif sahələrdə təmsil etməlidirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin "Bərabərlik hüququ” adı altında olan tələblərə əsasən aşağıdakilar qeyd edilir; I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. P.S. Vətəndaşların irqindən, etnik mənsubiyyətindən, dininə və xüsusəndə dilinə görə ayrıseçkilik münasibəti bəsləmək ali qanunlarımıza göründüyü kimi ziddir. Bu kimi hallar Konstitusiyamızın pozulmasını göstərir. Unudmaq lazım deyil ki, məhz dövlətimizin Konstitusiyamızın təminatçısı Prezidentimiz hörmətli cənab İlham Əliyevdir. Ölkəmizdə xüsusəndə təhsil ocaqlarında milli ayrıseçkilik salınması yolverilməzdir, bu kimi hallar baş verildikdə bunun qarşısı qətiyyətlə alınmalıdır. Bu kimi dövlət əleyhinə yönəlmiş, ölkəmizdə daxili sabitliyin pozulmasına və ən əsası irqi ayrıseçkiliklə etnik azlıqlar arasında düşmənçilik münasibətlərin yaranmasına xidmət edən şəraitin artıq aidiyyati dövlət orqanları tez bir zamanda öz səlahiyyəti daxilində qanunla tədbirlərini görməlidirlər.