İlham Əliyev Moldova Prezidenti ilə görüşdü
Gəncədə qanunsuz tikili sökülüb —
VİDEO
Kürdəmirə də qatarla gedə biləcəyik —
FOTOLAR
Azərbaycan XİN-dən Suriyaya təbrik
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı
Prezidentin qızı və gəlininin film təqdimatından -
FOTOLAR
Azərbaycan neftinin SON QİYMƏTİ -
BAHALAŞMA
Kimlər yenidən hərbi xidmətə aparılacaq? —
AÇIQLAMA
Prezident Ərdoğana başsağlığı verdi
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Bakıda əməliyyat keçirildi -
Saxlanılanlar var
Prezident xanımı ilə Türkiyədədir -
FOTOLAR
Əvvəlki
Sonrakı
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
TANINMIŞ İŞ ADAMI HƏBS EDİLDİ
- Tale Heydərovun 1 milyonunu ələ keçirib + FOTO
17-03-2026, 15:20
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Sabiq Baş nazir rus ordusunun çıxarılmasında danışdı: "5 milyonluq tələb Rəsul Quliyevə həvalə olundu və..."
AXC hakimiyyəti zamanında prezident Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev modern.az saytına müsahibəsində Azərbaycandan keçmiş SSRİ-dən qalma rus qoşunlarının necə çıxarılması barədə açıqlamalar verib.
A.Əliyev bildirib ki, Rusiya qoşunları o zaman Azərbaycanı elə-belə tərk etmədi. Rusiya bunun müqabilində istədiyi məbləği də aldı:
"Qoşunların çıxarılması təbii ki, bu, güclü diplomatik təzyiqlər idi. Bu, tək Azərbaycanın yox, Qərbin vasitəsilə də həyata keçirilirdi. Bu, həm də şəxsi əlaqələrin nəticəsi idi. Rusiya qoşunları Azərbaycandan çıxanda da böyük texnikaya malik idilər. Söhbət nəzərdə tutulan maliyyədən gedir. Onlar bunu Azərbaycana bağışlamayacaqdı ki! Həmin maliyyəni aldılar. Onlar Azərbaycandan çıxanda onlarda belə əminlik yarandı ki, 2 həftədən sonra yenidən Azərbaycana qayıdacaqlar.
Və bütün qalan silahların hamısını Azərbaycanda qiyama hazırlaşan Surət Hüseynovun ordusuna vermişdilər. Təkcə 55 ”Qrad” verilmişdi. Bu "Qrad” məgər Qarabağda Ermənistana çevrildi? Xeyr. Buna görə də Rusiya qoşunları Azərbaycandan çıxanda əmin idi ki, Surət Hüseynov hakimiyyətə gələcək və onlar qoşunla yenidən Azərbaycana qayıdacaq. Heydər Əliyev bu planları pozdu və Elçibəyin də Heydər Əliyevi Bakıya dəvət etməsi bu planların pozulması demək idi. Azərbaycanın müstəqilliyi başlıca məsələ idi”.
A.Əliyev deyib ki, 4 iyun qiyamı Elçibəy hökumətinə Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına, neft müqavilələrin imzalanmasında göstərdiyi inada görə cəza idi.
Arif Əliyevin dediklərindən belə məlum olur ki, Elçibəy hakimiyyəti rus qoşunlarının buradakı silahlarının alınmasında hansısa məbləğdə vəsait verib.
Deyilənlərlə bağlı Ə.Elçibəy iqtidarının dövlət katibi və baş naziri olmuş AXP sədri Pənah Hüseyn "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rus qoşunlarının Azərbaycandan çıxarılması iki formada və iki fərqli məsələni əhatə edir:
"Birincisi, SSRİ dövründən qalmış silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması məsələsidir. İkincisi Rusiya diviziyasının çıxarılmasıdır. Azərbaycanda üç müxtəlif təyinatlı qoşun hissəsi olub. Bunlardan biri 4-cü ordudur və Zaqafqaziya hərbi dairəsinə tabe olub. Azərbaycanda üç diviziya var idi. Onlar Lənkəranda, Bakıda və Gəncədə yerləşirdi. Bundan əlavə, birbaşa Moskvaya da tabe olan, Zaqafqaziya hərbi dairəsinə daxil olmayan 104-cü diviziya da Azərbaycanda var idi. Bu diviziyaya Şerbak komandirlik edirdi. Bir də baş qərargaha tabe olsa da idarəçilikdə əlahiddə sayılan Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası yerləşirdi. 4-cü ordu və Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası Azərbaycandan 1992-ci il yayın sonunda çıxarıldı. Onu da deyim ki, bu məsələnin hüquqi əsası hələ SSRİ dövründə qoyulmuşdu. O dövrdə silahların məhdudlaşdırılması haqqında ”Paris müqaviləsi” var idi. Hələ SSRİ dağılmamış SSRİ-nin bir sıra regionlarından, o cümlədən Zaqafqaziyadan silahlı qüvvələrin ixtisarı məsələsi gündəmdəydi. SSRİ dağıldıqdan sonra həmin hərbi hissələrin əmlakı, silahları, Xəzər donanmasının Bakıda olan gəmilərinin Azərbaycan qanunvericiliyinə və dövlət müstəqilliyi aktına görə Azərbaycan Respublikasının mülkiyyətinə keçməsi elan olundu. Sonra isə bu barədə prezident fərmanı verildi və bunların təhvil-təslim prosesinə başlandı. Bu prosesin real həyata keçirilməsi ciddi maneələrlə qarşılaşmışdı. Keçmiş sovet silahlı qüvvələri o dövrdə MDB silahlı qüvvələri adı altında qeyd olunmuşdu və faktiki olaraq Rusiyaya tabe idi. 1992-ci ilin fevralında da Boris Yeltsinin xüsusi fərmanı oldu. Fərman keçmiş SSRİ silahlı qüvvələrinin müvəqqəti olaraq Rusiyanın tabeçiliyinə keçirilməsini nəzərdə tuturdu.
1992-ci il 15 mayda Daşkənddə keçmiş SSRİ respublikalarından qoşunların çıxarılması, nə qədər silahın həmin respublikalarda qalması haqqında hər bir respublika ilə müqavilələr imzalandı. Azərbaycan tərəfindən bu müqaviləni o dövrün müdafiə naziri Rəhim Qazıyev imzalamışdı. Bu müqavilələr əsasında da Azərbaycana təhvil verilməli olan silahlar müəyyənləşdirildi. Hərbi hissələrin isə 1992-ci ildə çıxarılması nəzərdə tutulmuşdu. Əbülfəz Elçibəy prezident seçildikdən sonra onun təkidi ilə keçmiş SSRİ-nin Azərbaycandakı bütün silahlı qüvvələri çıxarıldı. 104-cü tank diviziyası isə qeyd olunan müqaviləyə görə SSRİ-yə yox, Rusiyaya aid idi. Ona görə 104-cü diviziyanın Azərbaycandan çıxarılması Rusiya qoşunlarının ölkəmizdən çıxarılması deməkdir. Bu hadisə isə 1993-cü ilin mayında baş verdi”.
P.Hüseyn xatırlatdı ki, Rusiya 104-cü diviziyaya MDB-nin sülhməramlı qüvvələri statusu verilməsinə və bu adla Azərbaycanda saxlanmasına çalışırdı. Lakin prezident Elçibəy Rusiyanın bütün təzyiqlərinə baxmayaraq 104-cü diviziyanın çıxarılmasında təkid elədi:
"Həmin diviziya, yəni Rusiya qoşunları 1993-cü il mayın 25-də Azərbaycan ərazisindən çıxarıldı. Bu, keçmiş SSRİ məkanında ilk belə hal idi. Ona görə də bu hadisə təkcə Azərbaycan miqyası ilə məhdudlaşmır, bütün keçmiş sovet məkanına təsir göstərən hadisə idi.
Daşkənddə imzalanan müqavilə əsasında isə keçmiş SSRİ hərbi qüvvələrinin silahlarının təhvil-təslimi, çıxması qrafiki həyata keçirildi.
104-cü diviziyanın çıxarılması zamanı əksər silahları Rusiyaya daşınmışdı. Çünki onlar Rusiyanın əmlakı hesab olunurdu. Azərbaycan da bununla razılaşmağa məcbur idi. Amma hələ daşınmamış bir sıra silahların, desant bölüyünün paraşütlərinin pul ödənilərək alınması istiqamətində danışıqlar aparılmışdı. Danışıqlarda 5 milyon dollar ödənilməsi məsələsi müzakirə edilmişdi. Müdafiə naziri Dadaş Rzayev bu məbləğin ruslara ödənilməsini tövsiyə eləmişdi. Əsaslandırılırdı ki, əslində bizə qalacaq silahların dəyəri bundan qat-qat artıqdır. O dövrdə mən artıq dövlət katibi yox, baş nazir idim. 5 milyon dolların ayrılması bizə çox göründü. Ona görə də bu məsələni baş nazirin müavini Rəsul Quliyevə həvalə elədim. Şerbakla danışıqları o apardı və 5 milyon dollar endirildi 600 min dollara. 600 min dollar ödənildi və silahlar alındı. Hər halda, Arif Əliyev bu məsələni nəzərdə tutaraq həmin açıqlamanı verib”.
P.Hüseyn onu da qeyd etdi ki, Surət Hüseynova Şerbak tərəfindən silahların verildiyi barədə o dövrdə məlumatlar olub:
"Surətə 2 min ”Kalaşnikov” avtomatı təhvil verilmişdi. Ola bilsin Surət Hüseynov da həmin silahlara pul ödəmişdi. Lakin Surətə "Qrad” qurğuları verilməmişdi. "Qrad” qurğuları 709 saylı hərbi hissənin özünün idi. Surət Hüseynovun ruslardan əldə etdiyi silahlar 4 iyun qiyamı zamanı ona qoşulan adamlara paylanmışdı”.
P.Hüseyn bildirdi ki, Rusiyanın Surət Hüseynovun əli ilə Azərbaycanda Elçibəy hakimiyyətini devirmək planı 104-cü diviziya Azərbaycandan çıxarılmazdan öncə mövcud olub:
"22-ci rus briqadasının mütəxəssislərinin isə 4 iyun qiyamının hazırlanmasında iştirakı haqda məlumatlar var idi. Azərbaycanda SSRİ dövründən qalma rus qoşunları ölkəmizin müstəqilliyi və istənilən hakimiyyət üçün bir təhlükə idi. Əbülfəz Elçibəy də buna görə həmin qoşunların sürətlə çıxarılmasında təkid etdi və buna nail olundu”.
Oxşar Xəbərlər
Rusiya kəşfiyyatı Azərbaycandan İŞİD-ə pul köçürmələrini qeydə aldı
Rusiya Azərbaycana tanklar və vertolyotlar satmaq barədə məxfi danışıqlar aparır
Deputat Arif Rəhimzadə:“İstəyirlər ki, birinci Azərbaycanı sındırsınlar...”
İsgəndər Həmidov 4 iyun qiyamından danışdı:“Elçibəy məni nazir vəzifəsinə qaytarmaq istədiyini söylədi...”
Xəbər lenti
Sabahın hava proqnozu AÇIQLANDI
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü
Qubada məktəblilər təhlükə ilə üz-üzə qalır –
Əski-İqrığ kəndində nəqliyyat problemi/FOTO
Gəncədə qanunsuz tikili sökülüb —
VİDEO
Kürdəmirə də qatarla gedə biləcəyik —
FOTOLAR
Azərbaycan XİN-dən Suriyaya təbrik
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı
Bakıda iki avtomobil TOQQUŞUB -
FOTO
Prezidentin qızı və gəlininin film təqdimatından -
FOTOLAR
Saat 10:00-dan qaz olmayacaq -
Bu ərazilərdə
Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ -
TƏFƏRRÜAT
Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı -
Bu gündən başlayır
Azərbaycan neftinin SON QİYMƏTİ -
BAHALAŞMA
Türküstanın maraqlarına xidmət edən müharibə
Kahramanmaraş faciəsi: yeniyetmənin gizli planı üzə çıxdı
Kimlər yenidən hərbi xidmətə aparılacaq? —
AÇIQLAMA
Prezident Ərdoğana başsağlığı verdi
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Bakıda əməliyyat keçirildi -
Saxlanılanlar var
Prezident xanımı ilə Türkiyədədir -
FOTOLAR
TƏCİLİ! Nazir QƏRAR VERDİ –
Vergilərlə bağlı DƏYİŞİKLİK
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
FOTO
Səhiyyə naziri əmr imzaladı
Yeməyin yanında çay içənlərə pis xəbər
G7 nazirləri və baş bankirləri həyəcan təbili çaldılar:
Vəziyyət tezliklə sabitləşməlidir...
İlham Əliyev fərman imzaladı
2 rəsmi bayramı ləğv etdilər
9 nəfəri öldürən yeniyetmə ilə bağlı DƏHŞƏTLİ FAKT -
FOTO
Türkiyədə məktəb hücumlarından sonra ŞOK PAYLAŞIMLAR: 81 vilayətdə əməliyyat başladı -
FOTOLAR
Rubl manata qarşı ucuzlaşdı, avro isə bahalaşdı -
VALYUTA MƏZƏNNƏLƏRİ
Bu günün hava proqnozu
Space TV bağlanır?
– Telekanal daxilində baş verən “çox dərin olaylar”
“Honda” təhlükəli nasazlıq səbəbindən yarım milyon avtomobili geri çağırır
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
Ərdoğan: Kahramanmaraşdakı məktəb hücumunun bütün təfərrüatları araşdırılacaq
-Foto
ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi
Azərbaycan Türkiyəyə başsağlığı verdi
9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş -
Saxlanıldılar
Əli Əsədov bu rayonlarla bağlı QƏRAR İMZALADI
Məktəblilərə forma məcburi edilir
Macarın qələbəsi Gürcüstan müxalifətini ruhlandırıb
ABŞ-da keçmiş konqres üzvünə qarşı yeni ağır ittihamlar irəli sürüldü
İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -
VACİB AÇIQLAMA
Baş Nazirdən MAAŞLARLA BAĞLI qərar –
ARTACAQ
Aprelin 22-dən 24-dək... - XƏBƏRDARLIQ
Bakıda leysan olacaq
Avro və rubl görün neçəyə oldu -
YENİ MƏZƏNNƏ
Rusiya XİN Azərbaycana
TƏŞƏKKÜR ETDİ
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Sabahın hava proqnozu AÇIQLANDI
Qubada məktəblilər təhlükə ilə üz-üzə qalır –
Əski-İqrığ kəndində nəqliyyat problemi/FOTO
Saat 10:00-dan qaz olmayacaq -
Bu ərazilərdə
Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı -
Bu gündən başlayır
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Yeməyin yanında çay içənlərə pis xəbər