8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Baş redaktor bildirib ki, eyni vaxtda dövlətin idarəçilik formasını dəyişmək, xalqın səlahiyyət verdiyi prezident institutu yaratmaq, yeni parlament seçmək, həm də bu ağır prosesi demokratik seçki standartlarına zərər vurmadan, insan hüquq və azadlıqlarını məhdudlaşdırmadan, bütün iddialı siyasi qüvvələrin bərabər rəqabət imkanları ilə iştirakını təmin etməklə aparmaq asan məsələ deyildi:
"Üstəlik, bu qədər ağır daxili prosesi çox mürəkkəb regional və qlobal şərtlər daxilində aparmaq, dünya ölkələrində yaşayan bütün Türkiyə vətəndaşlarını seçki prosesinə qatmaq, razılaşaq ki, hakim Ədalət və İnkişaf Partiyasının və şəxsən Ərdoğanın böyük siyasi zəka və dəqiq təşkilatçılıqla ortaya qoyduğu tarixi nəticədir. Cənab Ərdoğan ideologiyaları fərqli olan siyasi qüvvələrin və cəmiyyətin həlledici hissəsinin maraqlarını demokratik prosesin içində dövlətçilik mənafeləri naminə birləşdirə bildi. Seçkilərin nəticələrinin bütün cəmiyyət və siyasi qüvvələr tərəfindən qəbul olunması onun dövlətçilik maraqlarına və demokratik normalara uyğunluğu ilə izah olunmalıdır. Türkiyədə hakim partiyanın özünün çoxillik siyasi hədəflərinə doğru daha inamla və daha güclü siyasi ictimai dəstəklə gedəcəyi dövr başladı”.
A.Quliyev seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təbrik etməsini də yüksək qiymətləndirib: "27 illik yolda strateji birlik zirvəsinə yüksəlmiş Azərbaycan-Türkiyə qardaşlığının konkret təzahürləri olan neft-qaz layihələri sayəsində açılan yeni iş yerləri, qardaş ölkədə yüksələn sosial rifah göstəriciləri bu seçkinin nəticələrinə müsbət təsir göstərən faktorlardan oldu. Azərbaycan Prezidenti İlham Əliyevin ilk dövlət başçısı olaraq Ərdoğanı təbrik etməsi dərin regional və qlobal mesajları olan faktdır. Bu fakt həm də onu təsdiqləyir ki, iki qardaş ölkənin imza atdıqları birgə layihələr yalnız uğur potensiallı layihələrdir. Bu layihələrin hər iki ölkədəki daxili siyasi proseslərə həlledici pozitiv təsir göstərmək gücündə olması bir daha təsdiqləndi”.
Ekspert qeyd edib ki, Türkiyə ən mürəkkəb geosiyasi coğrafiyada dünyaya şəffaf və demokratik seçki nümunəsi göstərdi: "Bu tip nümunələri göstərmək indiki mürəkkəb beynəlxalq şəraitdə az-az dövlətlərə qismət ola bilir”.