Deputatın qardaşı oğlu təqaüdə göndərildi - FOTO

Deputatın qardaşı oğlu təqaüdə göndərildi - FOTO

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi təqaüdə göndərilib.

Sozcu.info  xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik Namiq Hüseynov xidmətlə olmanın son yaş həddinə görə təqaüdə çıxıb.

Onun yerinə həmin vəzifəyə polkovnik Vüsal Babayev təyin olunub.

Xəbəri saytımıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.



Oxşar Xəbərlər

Xəbər lenti