İnanılmaz FAKT: Telman İsmayılovun nəvələri yoxsulluq içində yaşayır - VİDEO

 

Vaxtilə qibtəedici sərvəti və zəngin həyat tərzilə tanınan milyarder Telman İsmayılovun nəvələri yoxsulluq içində yaşayır.

Sozcu.info xəbər verir ki, Malaxovun "Pryamoy efir" proqramına gələn eks milyarderin oğlu Sərxan İsmayılovun vətəndaş nikahında yaşadığı Yekaterina Romanova iki uşağı ilə birlikdə acınacaqlı vəziyyətdə yaşadığını açıqlayıb.

Bu yaxınlaradək 500 kvadrat metrlik saray kimi evdə yaşayan ana və uşaqlar hazırda monastrın nəzdində birotaqlı mənzil kirayələyiblər.

Qadın deyir ki, uşaqların atasının ona bağışladığı evin sənədləri gözlənilmədən yoxa çıxıb, sonra isə qeydiyyatda olduğu evin satıldığını öyrənib.
Hələ bu azmış kimi, Sərxan uşaqları onun əlindən almağa cəhd edib, lakin ana onları geri qaytara bilib.

Vaxtilə dünya ulduzlarına milyonlar bağışlayan Telman İsmayılovun nəvələri Ruslan və Davidi yedirmək üçün Yekaterina monastrda işləməyə başlayıb. Kimsəsiz qocalara qulluq edən ana, nə vaxtsa uşaqların atasının və ya babasının yadına düşəcəyi günü gözləyir.



Oxşar Xəbərlər

Xəbər lenti