8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Moskva vilayət məhkəməsində Telman İsmayılovun qardaşı, sifarişli qətllərdə ittiham olunan biznesmen Rafiq İsmayılovun işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org xəbər verir ki, ötən gün mayın 28-də iş üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı iyunun 18-nə təyin edilib.
Məhkəmənin mətbuat xidməti bildirir ki, təqsirləndirilən İsmayılov onun işinə andlılar tərəfindən baxılmasını istəməyib və işə tək hakim baxacaq.
R.İsmayılov ticarət komplekslərinin sahibi və keçmiş ortağı Vladimir Savkinin və onun dostu , "Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brilyovun qətlində ittiham olunur. İttiham aktına əsasən İsmayılov Savkinlə şərik olduğu ticarət mərkəzini satıb, ancaq ortağına çatmalı olan milyonlarla dolları verməyib. Əvəzində onu öldürmək sifarişi verib. Qətli killer Mehman Kərimov törədib. O, hadisə zamanı təsadüfən Savkinlə birlikdə olan Brilyovu da güllələyib.
Bu sifarişli qətllərdə Rafiq İsmayılovla birlikdə Telman İsmayılov və onun digər qardaşı Vaqif İsmayılov da ittiham olunur. Onlar Rusiyadan qaçıblar və barələrində axtarış elan edilib.