Bakıda kişi keçmiş arvadının sevgilisini niyə öldürdü? – ŞOK TƏFƏRRÜAT

Bakıda kişi keçmiş arvadının sevgilisini niyə öldürdü? – ŞOK TƏFƏRRÜAT

 

Mayın 20-nə keçən gecə saat 03 radələrində Bakı şəhər Binə qəsəbəsində törədilmiş dəhşətli qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Sozcu.info xəbər verir ki, keçmiş həyat yoldaşı 1977-ci il təvəllüdlü Maral Rzayevanı, 20 yaşlı qızı Samirəni, keçmiş arvadının qeyri-rəsmi nikahda yaşadığı Zirə qəsəbə sakini 37 yaşlı Vasif Əliyevi və onların yaşadığı mənzilin sahibəsi Qəmər Nağıyevanı bıçaqlayan Zaur Rzayev hadisəni qızına görə törətdiyini deyib.

Belə ki, əvvəllər də məhkumluq həyatı yaşamış Astara rayon sakini 45 yaşlı Zaur Rzayev həyat yoldaşı ilə boşanandan sonra onunla əlaqəni kəsməyib. O, Marala qeyri-rəsmi nikahda yaşadığı Vasifi 20 yaşlı qızı ilə birgə yaşadığı evə gətirməməsini tələb edib. Qadının onun istəyini həyata keçirməməsinə əsəbiləşən Zaur gecə saatlarında onların kirayə yaşadığı mənzilə basqın edib. O, keçmiş həyat yoldaşı ilə onun birgə yaşadığı şəxsi öldürmək istəyib. Bu zaman ev sahibəsi və 20 yaşlı Samirə də bıçaq xəsarətləri alıb.

Hadisə zamanı Vasif Əliyev aldığı çoxsaylı bıçaq zərbələrindən ölüb, Maral Rzayeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər iki yaralının isə həyatı üçün təhlükənin qalmadığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti