Bakıda qadını xüsusi amansızlıqla öldürüb küçəyə atdılar - TƏFƏRRÜAT

 Bakıda küçədə xüsusi amansızlıqla qətlə yetirilmiş qadın meyiti aşkarlanıb.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 15/1 ünvanının qarşısında üzərində zorakılıq əlamətləri ola qadın meyiti aşkar edilib.

Dərhal hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib və ekspertiza təyin edilib. Meyitin xarici müayinəsi zamanı bədən səthi üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəllsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda qadının şəxsiyyəti və kim tərəfindən qətlə yetirilməsi ilə bağlı istintaq aparılır.

***

Bakıda qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Hadisə noyabrın 28-də saat 23 radələrində baş verib. 22.03.1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən "Bilyard” cay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 05.03.1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb.

Məmmədov Sərxan Xanlar oğlu Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulub./trend/



Oxşar Xəbərlər

Xəbər lenti