Həbsdə olan şirkət rəhbərinin qardaşı da həbs edilib - narkotik ittihamı

 

Külli miqdarda narkotik satmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

 

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1962-ci il təvəllüdlü İlqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satışa məqsədi ilə külli miqdarda narkotik əldə etmə və satma) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, İlqar Vəliyevin qardaşı Elçin Vəliyev də həbsdədir.

Elçin Vəliyev külli miqdarda dələduzluqda ittiham edilir.

Onun da cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu iş üzrə Elçin Vəliyevdən başqa daha 3 nəfər cinayət məsuliyyətibə cəlb edilib. Onlarda biri "Röyalbank"da filial müdiri olmuş Azad İbadovdur. Digər iki şəxs də bankın əməkdaşları olub. Hər üç şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Elçin Vəliyev şirkət rəhbəri olub. O, tanışı Azad İbadov vasitəsi ilə bir neçə nəfərin adına bankdan kredit götürüb. "Röyalbankın lisenziyası ləğv edildikdən sonra ödənişlərlə bağlı problemlər yaranıb. Adına kredit götürülənlərin şikayəti əsasında adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.



Oxşar Xəbərlər

Xəbər lenti