Saatlıda ev oğrusu saxlanılıb

 

Saatlıda evlərdən oğurluq edən narkotik vasitə aludəçisi saxlanılıb.

Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyat zamanı üzərində narkotik vasitə olan heroin daşıyan, rayonun Qıraqlı kənd sakini, dəfələrlə məhkum olunmuş Quliyev Əfqan Abbasqulu oğlu saxlanılıb.

Əməliyyat zamanı onun evinə baxış keçirilən zaman oradan 406 qram çəkidə narkotik tərkibli marixuana aşkar edilib. Həmçinin istintaqın gedişi zamanı saxlanılan şəxsin Saatlı rayonu ərazisində evlərdən xeyli sayda müxtəlif adda məişət əşyaları oğurladığı məlum olub. Belə ki, Ə.Quliyev Saatlı şəhərində Nuriyeva Şirinxanım Məhərrəm qızının evindən 9 min manat, həmçinin Əhmədova Hicran Süleyman qızının da evindən 9 min manat dəyərində müxətlif ev əşyaları oğurlayıb. Bundan başqa Əfqan həmkəndlisi Kazımova Güləbətin Fəxrəddin qızının evindən 1640 manat dəyərində, qardaşları Quliyev Tural və Quliyev Emilə məxsus evlərdən də məişət əşyaları oğurlayıb.

Ümumilikdə Ə.Quliyevin 20 min manat dəyərində məişət əşyaları oğurladığı üzə çıxıb. Əməliyyat zamanı oğurlanan əşyaların əksər hissəi polis tərəfindən müsadirə edilib. Saxlanılan Ə.Quliyev barəsində İmişli rayon məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}