7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Bakıda arvadını bıçaqlayan şəxs polisə təslim olub.
APA-nın məlumatına görə, Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəmində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.
Qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Dadaşov könüllü şəkildə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.