Bakıda avtomobil yolunun buz bağlaması səbəbindən qəzaya uğrayıb FOTO

Bakı-Sumqayıt şosesində avtomobil körpüdə divara çırpılıb.
Sozcu.info xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Körpü üzərində yolun buz bağlaması səbəbindən "Ford" markalı avtomobil yüksək sürətlə hərəkət zamanı idarəetmədən çıxıb. Avtomobil hərəkətdə olan "Mercedes"ə çırpılıb. Daha sonra "Ford" körpünün beton divarına dəyib.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Daha sonra körpünün asfalt qatına texnikalar vasitəsilə duz və qum tökülüb.
Faktla bağlı araşdırma aparılır.




Oxşar Xəbərlər

Xəbər lenti