29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
"İraq Hava Yolları” aviaşirkətinin bu gün Bakıda qətlə yetirilmiş əməkdaşının İraqın Azərbaycandakı səfirliyi və o cümlədən müvəqqəti işlər vəkilliyi ilə heç bir bağlılığı yoxdur.
Bu barədə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli bəyanat yayıb. O, həmçinin qeyd edib ki, ölümlə nəticələnən hadisə iki Azərbaycan vətəndaşı arasında münaqişə zəminində baş verib. Azərbaycan hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqat aparırlar. Öldürülən şəxs İraqın Azərbaycandakı səfirliyi ilə heç bir əlaqəyə malik deyil. Onun qardaşı səfirliyin yerli əməkdaşıdır(azərtac).