İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb.

 

İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb.

"Frans Press” agentliyi xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

"İki illik mübarizəmiz sona çatır. Qələbə yaxındadır! Bu ölkəmizin,İraq xalqının böyük qələbəsi olacaq”, - deyə H.Əl-Abadi bildirib. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Ötən gün İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinə artilleriya zərbələri endirməyə başlayıb. Əraziyə beynəlxalq koalisiyaya məxsus aviasiya cəlb olunub. İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. Mosul sakinlərindən evlərini tərk etməmək, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq tövsiyə edilib. "Sky News Arabia" telekanalının məlumatına görə, İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub.



Oxşar Xəbərlər

Xəbər lenti