8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Ağır Cinayətlər Məhkəməsində ərinin qətlində tqsirləndirilən Cəlilabad rayon sakini, 27 yaşlı Nuridə Kərimovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sozcu.info Virtualaz.org saytına istinadən xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sdərlik edib. Prosesdə zərərəçəkmiş qismində qətlə yetirilmiş Vüqar Kərimovun atası Safa Kərimov ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsi bağışladığını deyib: "Nuridə mənim gəlinimdir. Onun günahından keçmənizi istəyirəm. Gəlinimi bağışlayıram, bir övladı var. Ozu azadlığa buraxın".
Daha sonra S.Kərimov şikayətçi olmadığı barədə məhkəməyə yazılı ərizə təqdim edib.
Məhkəmə prosesi fevralın 14-nə davam edəcək.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 23-də Ramana qəsəbəsində baş verib. Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.
Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.
Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub.
Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı ana babasının evində olub.