8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib.
Məhkəmədə ötən prosesdə son söz üçün vaxt istəyən sabiq deputat Dünyamin Xəlilov son sözlə çıxış edib.
D.Xəlilov çıxışında ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib:
"Məhkəmədə bir çox məsələlərə aydınlıq gətirilib. Mən və digər şəxslər ağır cinayətd təqsirləndirilirik. Guya Beynəlxlaq Bankdan milyonlarla manatı ələ keçirmişik.
Ölkə rəhbərlitinin göstərişi ilə Beynəlxalq Bankın investisiyaları hesabına bir neçə ölkədə layihələrin icrasına başlanıldı. Görülən işlər, həyata keçirilən layihələr bəllidir.
Məsələn, Birləşimiş Ərəb Əmirliklərində iki zavod, Almaniyada neftayırma zavodu tikilib. Həmçinin Türkiyədə yaşayış binaları, Rusiyada isə biznes mərkəzi tikilməli idi. Bu barədə mən istintaq orqanına da təqdim etmişəm.
Bu əməliyyatlar 2007-2008-ci illərd həyata keçirilib. 2010-cu ildə Vergilər Nazirliyi tərəfindən xüsusi qrup yaradıldı və bu layihələr araşdırıldı. Yoxlama qrupu qeys etdiyim ölkələrdə də oldular və araşdırdılar. Hər şey tam aydın olduqdan sonra bu işə xitam verildi.
Layihələrin icrasına xərclənən pullar, qeyd edilən məbləğlərin kimə çatmasını açıq-aydın göstərən sənədlər var. Belə olan halda biz bu pulu necə mənimsəyə bilərik? Axı bu suala cavab vermək lazımdır".
D.Xəlilov digər təqsirləndirilən şəxslərlə cinayərkar qrup yaratması ittihamı haqda bunları deyib: "Təqsirləndirilən şəxslərin bir neçəsini burda tanımışam. Biz necə qruplaşma olmuşuq? Bu şəxslərin və mənim də əmlakıma həbs qoyulub. Qeyd edilən milyonları mənimsəyən şəxslərin bu qədər əmlakı ola bilərmi? Məhkəmədən ədalətli qərar gözləyirəm. Mən özümü təqsirli bilmirəm. Bu iş sadəcə bir "çinovnik"in ifadəsi ilə başlayıb və davam edir"
Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedibvə müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən və ev dustaqlığında olan şəxslərə də hökm oxunub.
Seffulla Seyfullayev 5 il, Fərhad Əmiraslanov 5 il, Mənsur Zeynalovun 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Adları çəkilən şəxslər barəsindəki polis nəzarətində verilmə qətimkan təsbiri dəyiçdirilib. Onlar məhkəmə zalında həbs ediliblər.
Təqsirləndirilən və dustaqlığında olan Rauf Əliyev, Ruslan Əsgərov və Şakir Musayevə 4 il cəza təyin edilib. Onlar barəsində 70-ci (şərti) maddə tətbiq edilib və barələrində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, dövlət ittihamçısı sabiq deputatın 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı Şakir Musayevin 5 il, Ruslan Əsgərovun 4 il, Seyfulla Seyfullayevin 7 il 6 ay, Fərhad Əmiraslanovun 7 il, Mənsur Zeynalovun 7 il, Rauf Əliyevin 4 il müddətibə azaxlıqdan məhrum edilməsini istəyib. Adı çəkilən şəxslərin adına Beynəlxalq Bankdan sabiq banki Cahangir Hacıyevin dövründə külli miqdarda pul ayrılıb.
Qeyd edək ki, Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.
Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus "Şəki Bazar” və "Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər "Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.