8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Xəlilov və Binəqədi qəsəbə bələdiyyəsinin keçmiş sədri Elman Salmanov ifadə verib.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında deyib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib:
"Əvvəlcə deyirdi ki, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Akif Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. İlham Xəlilov istintaqda Akif Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salamanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman dedi ki, İlham Xəlilov ona deyib ki, əgər 150 mini verməsə onun başına torba keçirəcəklər”.
Elman Salmanov isə jurnalistlərə açıqlamasında bildirib ki, İlham Xəlilov ona MTN-dən pul istənildiyini deyib və buna görə, o, İlham Xəlilova 150 min manat verib:
”Bir maşınımız var idi onu da satdıq pulun verdik. Mən Akif Çovdarovu görməmişəm. Məhkəmədə Akif Çovdarov mənə dedi ki, elə bir şey var idisə Binəqədinin ağsaqqalı var. Ona deyərdin ki, Akif məndən bu qədər pul istəyir. Mən də heç nə demədim. İşlə bağlı olan hər şeyi də kiməsə demək olmur axı”.
Vəkil Sadiq Rəsulov açıqlamasında onu da bildirib ki, Akif Çovdarov məhkəmədə çıxışında İlham Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını deyib:
”Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım. İlham Xəlilov yəqin ki, başqalarından pul alıb. Mənim adımdan da istifadə edib”. (APA)