Bərdədə kişi arvadını və övladlarını yatan yerdə “kvalt”la vurdu

 

Daxili İşlər Nazirliyi (DİN) Bədədə törədilən dəhşətli qətl hadisəsi haqda məlumat yayıb.
DİN-dən  verilən məlumata görə, iyulun 24-də gecə saat 3.00 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev evində arvadı Gülbənizə, qızı Məleykəyə və oğlu Murada yatdıqları yerdə küt alətlə xəsarət yetirib və sonra özünü həyətdə asıb.

Xəstəxanaya yerləşdirilən Gülbəniz orada ölüb, Məleykə və Muradın vəziyyətləri orta-ağırdır.

Araşdırma aparılır...




Oxşar Xəbərlər

Xəbər lenti