Dünya çempionunu öldürməkdə günahlandırılan azərbaycanlı: "Mən qətl törətməmişəm"

Dünya çempionunu öldürməkdə günahlandırılan azərbaycanlı: "Mən qətl törətməmişəm"

 

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovu öldürməkdə günahlandırılan azərbaycanlı Anar Allahverənovun məhkəməsi başlayıb.

Hurriyyet.org apa-ya istinadən apa-ya istinadən xəbər verir ki, A. Allahverənovun vəkili Konstantin Lısenko bildirib ki, hüquqlarını müdafiə elədiyi şəxs özünü günahkar bilmir.

"Anar Allahverənov dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirilir", - deyə vəkil qeyd edib.

Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Hadisədən bir müddət sonra Anar Allahverənovun atası Əliyar Allahverənov Xabarovskda yolu keçmək istəyərkən avtomobillə vurularaq öldürülüb.

Yol-nəqliyyat hadisəsinin qisas olub-olmadığı da istintaq tərəfindən araşdırılan versiyalar sırasındadır



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}