8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Mehman Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mayıl Bayramov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, M.Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin fevralında Novxanı qəsəbəsində Çimnaz Səlimzadəyə məxsus bağ evində baş verib. M. Rzayev həmin evdə gözətçi işləyərkən orada olan ümumilikdə 84 min manat dəyərindəki əşyaları - ev sahibinə məxsus idman alətlərini, qədim qabları internet üzərindən satışa çıxarıb.
İş üzrə zərərçəkmiş Ç. Səlimzadənin Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı internat məktəbin direktoru olduğu bildirilir.