Bakıda oğul anasını amansızcasına qətlə yetirdi

 

Paytaxtda qətl törədilib.

APA TV-nin verdiyi xəbərə görə, hadisə Bakının Qaradağ rayonunda baş verib.

Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova oğlu tərəfindən vəhşicəsinə qətlə yetirilib. Məlumata görə, qadın 34 yaşlı oğlu ilə mübahisə edib. Mübahisə zamanı oğlan taxta parçası ilə anasının baş nahiyəsinə ağır zərbələr endirib. Bundan sonra o, qadını boğub. Ağır xəsarətlər almış Z.İslamova yaxınları tərəfindən xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.

Qətlin təfərrüatlarını Qaradağ Rayon Prokurorluğu araşdırır. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.



Oxşar Xəbərlər

Xəbər lenti