Sarayda 35 yaşlı qadın başından güllələnərək qətlə yetirilib

 

Abşeronda qətl törədilib.

APA xəbər verir ki, rayonun Saray bağlarında yaşayan, 1982-ci il təvəllüdlü Əntiqə Abdulla qızı Süleymanova başından aldığı güllə yarasından dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisə Ə.Süleymanovanın qardaşı Seyran Süleymanov tərəfindən qısqanclıq zəminində törədilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 



Oxşar Xəbərlər

Xəbər lenti