SİLAHLI İNSİDENT - “Lotu Quli”ni təhqir edən “Rahim Şəkinski” Fransada güllələnib

SİLAHLI İNSİDENT - “Lotu Quli”ni təhqir edən “Rahim Şəkinski” Fransada güllələnib

 

Fransanın Tuluza şəhərində silahlı insident baş verib.

Sozcu.info məlumatına görə, AzVision.az Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb. Belə ki, naməlum şəxslər avtomobildən düşən azərbaycanlı Rahim Namazov və həyat yoldaşına 8 dəfə atəş açıb.

Atışma zamanı ağır yaralanan hər iki şəxs Purpan xəstəxanasına yerləşdirilib. Son məlumata görə, qadın aldığı güllə yaralarından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Rahim Namazov (Rahim Şəkinski ləqəbli) kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifovu "Youtube”da təhqir etmişdi. ”Rəhim Şəkinski”nin təhqir etdiyi şəxslərin yaxınları tərəfindən cəzalandırıldığı ehtimal olunur.



Oxşar Xəbərlər

Xəbər lenti