8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Lotu Quli ləqəbli "qanuni oğru” Nadir Səlifov azadlığıa çıxdıqdan keçirdiyi "sxodka”nın görüntüsü yayılıb.Sözçü info criminal.az-a istinadən xəbər verir ki, ”soxdka”nın fotosunu Lotu Quli ”instagram”da paylaşıb. Qeyd olunur ki, bir neçə gün əvvəl mətbuatda Lotu Qulinin İstanbuldakı iqamətgahında "sxodka” keçirdiyi və 10-a yaxın "qanuni oğru”nu "taclandırdığı” barədə məlumat yaılmışdı. Məlumata görə, onlar arasında Yunanıstandan olan avtoritetlər də var. Qonaqlar arasında kutaisililər – Qayoza Zviadadze və Zaal Maxaroblidze xüsusilə seçilib. Buna qədər Quli özünə ideoloji cəhətdən yaxın, azadlığa çıxması münasibətilə ona hörmətlərini göstərmək istəyən "qanuni oğru”ları qəbul edib. Görüşdə "oğru aləmi”ndə baş verən proseslər müzakirə olunub.
Qeyd edək ki, Lotu Quli uzun müddət həbsdə yatdıqdan sonra 2017-vi ilin oktyabr ayında azadlığa buraxılıb. Vəkilləri onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunması ilə bağlı məhkəməyə müraciət ediblər. Məhkəmə Qulinin vəsatətini təmin edib və o, cəzasını qalan qismini çəkməkdən azad edilib. Azadlığa buraxılan Lotu Quli dərhal ölkəni tərk edib.