8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda banka basqın edən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, borcu olduğu üçün həbs edilmək istədiyini deyib.
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayərlər Məhkəsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Səriyyə Nəcəfova dindirilib.
O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və özünü pis hiss etdiyini deyib.
Hadisə günü baş verənləri danışarkən bunları deyib: "Məni bıçaqla hədələdi. Ona yalvardım. Bir Allah bilir, mən onda nələr çəkdim. Orda yaşlı, ya da hamilə qadın olsaydı, ürəyi partlayıb ölərdi. Yalvardım ki, məni burax, 3 balam var. O da insandı da, buraxdı. Sonra siqnalizasiya işə düşdü və polislər gəldi".
Zərərçəkmiş N.Məmmədovun bankdan pul istədiyini deyib: "Dedi ki, bunu tutmuşam, mənə pul verin. Nə qədər pul istədiyini demədi".
S.Nəcəfova şikayət və tələbinin olmadığını deyib.
İttihama görə, hadisə 2018-ci ul yanvarın 18-də saat 13 radələrində "Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.
Nazim Məmmədov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.
O, hadisəni törətməsinin səbəbni borcu olması ilə izah edib: "Banka gedəndə məqsədim basqın etmək deyildi. Xeyli borcum var idi, əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar".
N.Məmmədov Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın. Silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir./musavat.com/