Anar Qocayev Rahib Hüseynovun üzünə durdu

Anar Qocayev  Rahib Hüseynovun üzünə durdu

 

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə Rahib Hüseynovun növbəti məhkəmə iclası keçirildi. Məhkəməyə şahid qismində ifadə vermək üçün R.Hüseynovun qaynı və pul haq-hesabında adı keçən Anar Qocayev çağırıldı.

A.Qocayevə ünvanlanmış "Siz R.Hüseynovdan hansı miqdarda pul almısınız?”- sualını Anar Qocayev təkzib edərək R.Hüseynovla, ancaq qohumluq münasibətləri olduğunu bildirdi və ondan bir qəpik də almadığını vurğuladı.

Amma məhkəmə prossesində təqsirləndirilən tərəfin vəkili Sevil Hacıyeva və hakim heyəti A.Qocayevə belə bir sual ünvanladı: "Siz R.Hüseynovun əmlakları haqqında nə bilirsiniz?”. Buna cavab olaraq A.Qocayev qeyd elədi ki, "Avtomobili, Vorovskidə mənzili və Novxanıda bağ evi olub”. Bu cavabdan sonra həm müdafiə tərəfi həm də hakim heyəti növbəti sualını ünvanladı ki, "əgər aranızda yalnız qohumluq əlaqələri mövcud idisə, R.Hüseynovun məhkəməyə dəlil sübut kimi təqdim etdiyi haqq-hesab kitabçasında sizin adınız niyə var?, eləcə də keçmiş kürəkəninizin daşınmaz əmlakı haqqında məlumatlarınız hardandı?”-sualına cavab olaraq "bilmədiyini” bildirdi, sonraməhkəmə zalını tərk etdi. Onu da qeyd edək ki, A.Qocayev DİN-də çalışır və "Azərbaycan Avtomobil Yolları İdarəsi” sədrinin müavini Əvəz Qocayevin oğludu.

Məhkəmənin növbəti iclası iyunun 27-si saat 14.30-da keçirəcək.

Məhkəmədən sonra həm R.Hüseynov, həm də onun vəkili S.Hacıyevadan qısa müsahibə götürdük.

-Rahib bəy, A.Qocayevin sizinlə heç bir iş birliyi olmadığı barədə məhkəmədə ifadə verdi, o nə dərəcə də haqlıdı?

A.Qocayev ifadəsində tamamilə yalan dedi. Onun bütün pul haqq-hesabı mənim məhkəməyə təqdim etdiyim kitabçalarda öz əksini tapır. Həmin kitabça ekspertizadan da keçib. A.Qocayev mənim vasitəmlə 2009-2013-cü illərdə Elnar Əsgərova külli miqdarda pul verərək faiz  alıb.

-Sizin qeydiyyat kitabçanızda A.Qocayev və onun atası Əvəz Qocayevin adlarının silindiyi bildirilir bu nə dərəcədə doğrudu?

Qeyd etdiyiniz şəxslərin adları çox yerdə hallanır. Silinməsinə gəlincə mən həbs olunandan dərhal sonra kitabça həyat yoldaşım vasitəsilə Ə.Qocayevə ötürlüb. Kitabçanı ələ keçirdikdən sonra, özü ilə oğlunun adlarını bir neçə yerdə qaralasalar da, digər səhifələrdə adları keçir. Ümumilikdə bu kitabçalarda 160-dan çox adamın adı keçir ki, onlardan 40-ı bir-bir məhkəməyə çağırılacaqdır.

-Sizin məhkəmə prosesində həbs olunan qardaşınız Emil Məmmədov şahid kimi çağırılcaqmı?

Bəli, o, da ifadələrini verəcək

-Sona qədər mübarizə aparmaqda israrlısız?

Bəli. Sona qədər döyüşəcəm, hətta işi Avropa Məhkəməsinə qədər aparacam.

-Sevil xanım, Rahib Məmmədovun müdafiəçisi kimi nə deyə bilərsiniz?

Bu gün şahid kimi ifadə verən A.Qocayevin təmamilə düzgün ifadə vermədi, bununla o, özünü təmizə çıxarmaq istəyir. Çünki kitablarda onu adı qeyd edilir, həmçinin əgər adı çəkilən şəxsin günahı yoxdursa, o zaman adı nə üçün kitabda var?! Onun adı sonralar niyə bir çox yerlərdə silinib? Eyni zamanda Rahib bəyin ailəsinin dağılmasında da o şəxsin müstəsna rolu var.

-Bizdə olan məlumatlara görə uzun müddətdir ki, müdafiə etdiyiniz Rahib bəyin valideynlik hüquqları kobud şəkildə pozulur, ona uşaqları ilə görüşməyə icazə vermirlər. Bu məlumatlar doğrudurmu?

Bəli artıq bir neçə aydır ki, Rahib bəy uşaqları ilə görüşə bilmir, hətta keçmiş həyat yoldaşı və yoldaşının qohumları uşaqları atalarından soyutmaq üçün hər vasitəyə əl atırlar, bu cür hal artıq mənəvi terrordu.

-Rahib bəy qeyd elədi ki, işi sonunda Avropa Məhkəməsinə üz tutacam, siz də bu mücadilədə Rahib bəylə həmrəysinizmi?

Əlbəttə.

 

 

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü" qəzeti


 



Oxşar Xəbərlər

Xəbər lenti