8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.
Sozcu.info xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə bir neçə şahidin məhkəməyə gəlmədiyi elan olunub.
Məhkəmə onların barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Daha sonra hakim təqsirləndirilən T.Məmmədhəsənovla M.Abdullayevə ifadə vermələrini təklif edib. Lakin həmin şəxslər ifadə verməyə hazır olmadıqlarını bildiriblər.
Məhkəmə iclası oktyabrın 19-dək təxirə salınıb.
Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzindəçoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib./report/