8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nizami Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Fikrət Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
F.Piriyevin vəkili Əli Hüseynov məlumat verib.
Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəmə istintaqı zamanı hadisədə F.Piriyevin təqsiri sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılıb.
İttihama görə, ötən ilin fevralın 3-də Nizami rayonu, Qara Qarayev prospektində, Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı, polis serjantı Piriyev Fikrət Arif oğlu ona təhkim olunmuş "Fiat-Doblo" markalı, 90-AP-164 nömrəli avtomobillə Nizami rayonu Qara Qarayev prospekti ilə hərəkətdə olarkən, piyada, 1989-cu il təvəllüdlü Günel İbrahimovanı vurub və sonuncu hadisə yerində keçinib.