Dayı bacısı qızını qaçıran gəncin başını kəsdi - GƏNCƏDƏ DƏHŞƏT

Dayı bacısı qızını qaçıran gəncin başını kəsdi - GƏNCƏDƏ DƏHŞƏT

 

Gəncə şəhərində bacısı qızını qaçırdığı üçün 20 yaşlı gənci öldürən Daşkəsən rayon sakini Bahadur Qasımovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sozcu.info teleqraf.com-a istinadən xəbər verir ki, Bahadur Qasımovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabrın 14-də baş verib.

Belə ki, qətl hadisəsindən bir müddət əvvəl Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb.

Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar.

Lakin Asəf İsayev qızın ailəsinə bir-birilərini istədiklərini bildirərək, onların razılıqlarını almaq istəyib.

Amma qarşı tərəf yenə rədd cavabı verib. Asəf İsayev əvəzində qızı yenə qaçıracağını deyib.

Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Bahadur Qasımov qarışıb və oğlana onunla Gəncə şəhərində görüşüb, söhbət etmək istədiyini bildirib.

Nəticədə onlar görüşüblər.

Bahadur Qasımov söhbətə gələn Asəf İsayevi Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 77 ünvanında yerləşən qardaşına məxsus evə aparıb və orada aralarında mübahisə düşüb.

Bu zaman Bahadur Qasımov onun boğazını kəsərək qətlə yetirib. O, daha sonra yaşadığı Şəmkir rayonuna gedib.

Bir neçə gündən sonra isə Şəmkir rayon polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Asəf İsayevin meytini hadisənin qeydə alındığı ünvanda aşkar edərək onu tibbi ekspertizaya təhvil veriblər.

Bu ərəfələrdə öz övladlarından xəbər ala bilməyən Asəf İsayevin yaxınları onun axtarışında olublar.

İstintaq orqanı tərəfindən Bahadur Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib



Oxşar Xəbərlər

Xəbər lenti