Prezident hakimiyyətdən əl çəkdi, xalq bayram edir - Əlil arabasında yenidən namizədliyini vermişdi

Prezident hakimiyyətdən əl çəkdi, xalq bayram edir - Əlil arabasında yenidən namizədliyini vermişdi

 

Əlcəzairdə yüz minlərlə insan prezident Abdeləziz Buteflikanın beşinci müddətə namizədliyini irəli sürməmək qərarını bayram etmək üçün küçələrə çıxıb.

Sozcu.info  xəbər verir ki, dünəndən etibarən ölkənin paytaxtında və digər iri şəhərlərində insanlar sevinc içərisindədir. Onlar Buteflikanın 20 illik hakimiyyətinin nəhayət sona çatmasını bayram edirlər.

Xəbər verildiyi kimi 82 yaşlı Buteflika insult keçirməsinə və əlil arabasına möhtac qalmasına baxmayaraq növbəti müddətə namizədliyini irəli sürmüşdü. Nəticədə ölkəni kütləvi etirazlar bürümüşdü. Martın 1-də 1 milyondan çox insan küçələrə çıxaraq Buteflikanın hakimiyyətdən əl çəkməsini tələb etmişdi.

Buteflika İsveçrədə iki həftəlik müalicədən sonra martın 10-da Əlcəzairə dönüb və namizədliyini irəli sürməyəcəyini bəyan edib. Prezident bunu yaşı və səhhəti ilə əlaqələndirib. "Beşinci müddət olmayacaq. Mənim üçün belə sual heç vaxt qarşımda dayanmayıb. Səhhətimi və yaşımı nəzərə alaraq əlcəzairlilər qarşısında sonuncu borcumun yeni Respublikanın fundamentinin quruculuğunu dəstəkləməkdən ibarətdir”-Buteflika yazılı bəyanatında bildirib.

Habelə prezident etirazlarla bağlı hökuməti tam tərkibdə istefaya göndərib və əvvəlki kabinetin daxili işlər nazirinə yeni hökuməti formalaşdırmağı tapşırıb. Buteflika ölkədə konstutusiya islahatlarını da anons edib və aprelin 18-nə təyin edilmiş prezident seçkilərini qeyri-müəyyən müddətə təxirə salıb.

Bu isə o deməkdir ki, Buteflika beşinci müddətə prezident olmasa da ölkəni hələ bir müddət də idarə edə biləcək. Lakin kütlə tezliklə prezident seçkilərinin keçirilməsini tələb edir və seçkilərin uzanması yeni etiraz dalğasını başlada bilər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}