8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Sasna Tsrer” radikal erməni qruplaşmasının Dağlıq Qarabağı ətraf rayonlarla birlikdə "Ermənistana birləşdirmək” üçün başlatdıqları imzatoplama kampaniyası Xankəndindəki qondarma rejimin müqaviməti ilə qarşılaşıb.
Sozcu.info xəbər verir ki, qondarma rejimi dəstəkləyən üç partiya birgə bəyanatla çıxış edərək bu təşəbbüsə qarşı çıxıblar. Dağlıq Qarabağın "müstəqilliyini” dəstəkləyiblər.
"Sasna Tsrer” partiyasının Dağlıq Qarabağda martın 18-dən bəri cəmi 230 imza topladığı bildirilir. Partiyanın tərəfdarları hesab edir ki, qondarma "dqr” ayrıca vilayət kimi Ermənistanın tərkibinə daxil olmalıdır.
"Sasna Tsrer” Yerevanda Serj Sərkisyanın ətraf rayonların Azərbaycana qaytarılması hesabına sülh variantına hazır olduğu haqda xəbərlərdən sonra 2016-cı ilin yayında polis polkunu ələ keçirən eyni adlı terrorçu qruplaşma tərəfindən yaradılıb. Bu qruplaşmanın əksər üzvləri Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra azadlığa çıxıblar və Ermənistanda "Sasna Tsrer” adlı radikal partiya təsis ediblər. Bu il martın 13-də eyni adlı partiya Dağlıq Qarabağda da qeydiyyatdan keçib. Partiya həm də qatı antirusiya mövqeyi ilə tanınır.
Partiyanın nümayəndəsi Geqam Qriqoryan deyib ki, onların təşəbbüsünə qoşulmaq istəyənlər çoxdur, amma "hakimiyyətin” təqiblərindən ehtiyat edirlər. Onun bildirdiyinə görə, Şuşadan, Laçından, Zəngilandan, Xocavənddən imzatoplama kampaniyasına qoşulmaq istəyənlər var. İmzatoplama kampaniyası üçün son müddət müəyyən edilməyib.