Ərdoğan, Putin və Trampın telefon danışığının DETALLARI MƏLUM OLDU: "NATO-dan da bir təmsilçi olsun" - VİDEO

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Sozcu.info  xəbər verir ki, prezidentlərin telefon danışığının detalları məlum olub.

Prezidentlərin arasında baş tutan telefon danışığında Ərdoğan Rusiyadan alınacaq S-400 raket əleyhinə müdafiə sistemi ilə bağlı işçi qrupunun yaradılması təklifini edib. Ərdoğan bu məsələni Rusiya prezidenti Vladimir Putin ilə də müzakirə etdiyini bildirib. Daha sonra Türkiyə prezidenti yaradılacaq işçi qrupunda NATO-dan da bir təmsilçi olacağını vurğulayıb.

Müzakirələrdə Donald Tramp Ərdoğanın təkliflərinə müsbət yanaşsa da Ağ Ev administrasiyasında bu məsələyə əks fikirdə olan bir qrup olduğu da bildirilib. Prezidentlərin ikitərəfli və regional məsələləri də müzakirə etdikləri bildirilib. Telefon görüşməsində ölkələr arasındakı ticarət həcminin 75 milyard dollara çatdırılmasından da danışılıb.

Türkiyə prezidenti bütün bu fikirləri çərşənbə axşamı keçirilən Mərkəzi Qərar Yönətim toplantısında açıqlayıb. Türkiyə prezidenti toplantıda Venesuellada baş verənlərlə bağlı da fikirlərini səsləndirib.

O xalqın qərarının önəmli olduğunu vurğulayıb: "Bizim üçün önəmli olan adlar deyil. Önəmli olan sandıqdan çıxan və xalqın seçimidir. Liviya məsələsində də eyni fikirdəyəm".

Onu da qeyd edək ki, ABŞ prezidenti iyul ayında Türkiyəyə səfər edəcək. Səfər ilə bağlı hələlik əlavə məlumat verilmir.



Oxşar Xəbərlər

Xəbər lenti