15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Strateq.az report-a istinadən bildirir ki, V.Permyakov cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.
"Joxovurd" qəzeti yazıb ki, rəsmi Moskva və Yerevan bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən əsgəri 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçün məhkum olunaraq, cəzasını Rusiya həbsxanasında çəkən Qraç Arutyunyanla dəyişməyi müzakirə edir: "Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq".
Qeyd edək ki, Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi – fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.
Bundan sonra V.Permyakovun bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsiylə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilib.